"Mançester Yunaytedin baş məşqçisi Joze Mourinyo dünya çempionatında RT telekanalı ilə əməkdaşlıq edəcək.

Unikal.org xarici mətbuata istinadən xəbərKomanda.az xəbər verir ki, bu əməkdaşlığın maliyyə şərtləri bəlli olub. Portuqal mütəxəssis 5 günlük əməkdaşlıq üçün 1 milyon funt (1,1 milyon avro) qazanacaq.

Mourinyoya BBC və İTV telekanallarından da təklif gəlib. Ancaq o, bu təklifləri qəbul etməyib.

Mütəxəssis mundial zamanı oyunlarla bağlı fikirlərini deyəcək və proqnozlar verəcək.