Qış Olimpiya Oyunları 7 ildən sonra Şimali və Cənubi Koreyala rəsmiləri arasında buzları əridib. Belə ki, Cənubi Koreyanın bir qrup rəsmi şəxsləri Şimali Koreyaya danışıqlar aparmaq üçün səfər ediblər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 2011-ci ildə Şimali Koreya lideri Kim Çen İrin ölümündən sonra, Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen In ilk dəfə olaraq Cənubi Koreya rəsmləri ilə görüşə razılıq verib.

Seuldan gələn nümayəndə heyyətini sevincək, təbəssümlə qəbul edən Kim Çen In "düşmən qardaşlar"ın barışacağına işarə olduğu deyilir.

Kim Çen In iki ölkə arasında danışıqlar aparmaq üçün özü ilə də sənəd gətirib. 4 saat sürən danışıqlarda Şimali Koreya liderinin həyat yoldaşı Ri Sol-ju və bacısı Kim Yo-jong da iştirak edib.

Yayımlanan görüntülərdə düşmən qardaşların gülümsəməsi diqqət çəkib.