Şairə Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə, Xoşqədəm Hidayətqızının "Səni axtarıram verilişinə çıxaraq ailəsi haqda qalmaqallı açıqlama verib.

Pərvanə xanım bildirib ki, həyat yoldaşından ayrılmasında baldızları və qayınanasının əli var. Gəlin iddia edib ki, əri ona xəyanət edib:

"Bundan sonra həyat yoldaşımdan ayrılmaq istədim. Bu zaman qaynanam mənə "get ata evinə dedi.

Həmçnin gəlin diqqətə çatdırıb ki, bununla bağlı Nazilə Səfərlidən kömək istəsə də, ona heç bir yardım göstərməyib.

Məsələni dəqiqləşdirmək üçün Unikal.org Nazilə Səfərli ilə əlaqə saxlayıb.

Qiraətçi xanım açıqlamasında bildirib ki, qardaşının ailə işlərinə müdaxilə etmir:

"Qardaşımın ailəsinə qarışmaq mənə yaraşmaz. Onun ailə işinə qarışmıram. Mən ailə qurub, ata evindən çıxanda atam mənə "sən bu evə yalnız qonaq kimi gələ bilərsən deyib. Xahiş edirəm, bu məsələyə görə mənim adımı hallandırmasınlar. Mən qardaşıma görə məsuliyyət daşımıram. Hüquqi dövlətdə yaşayıram. Başqalarının ailə işlərinə müdaxilə etmirəm. Gəlinimiz "Səni axtarıram verilişinə çıxmaq üçün mənim adımdan istifadə edir. O adamlar dükandan borc mal alanda, çirkin əməllərində həmişə mənim adımı səsləndirir. Beş bacının bir qardaşı olsa da, biz onun işinə qarışmırıq və qarışmamışıq da.

Famil Fərhadoğlu