Hindistanda yanvar ayında dünyasını dəyişən qadının bank hesabında olan pulu və dəyərli əşyalarını pərəstişkarı olduğu Bollivud ulduzu Sanjay Data vəsiyyət etdiyi məlum olub.

Unikal.org xəbər verir ki, Hindistanın Mumbay şəhərində yaşayan Nişi Harişçandra Tripati adında xanım 15 yanvarda 62 yaşında xəstəlikdən dünyasını dəyişib.Onun ölümündən sonra bank işçiləri Bollivud ulduzu Data müraciət edərək pərəstişkarının ölümündən əvvəl bütün varını ona miras etdiyini bildiriblər.

Tanımadığı xanımın bu addımından sonra çox kədərlənən aktyor bu mirası qəbul etməyib.Dat vəkillərinin vasitəsilə Tripatinin ailəsini axtarmaq üçün müraciət edib.