"Space televiziyasında Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində maraqlı anlar baş verib. Verilişdə xalq artistləri qonaq olub.

Unikal.org xəbər verir ki, xalq artisti rəqqasə Roza Cəlilova, xalq artisti aktrisa Məleykə Əsədova və xalq artisti müğənni Niyaməddin Musayev "Yerimdəyəmdə qonaq olublar. Proqram 8 mart qadınlar günü münasibəti ilə xanımlara həsr olunub.

Xalq artisti Roza Cəlilovanın verdiyi açıqlama ilə hər kəsi təəccübləndirib. Tanınmış rəqqasə 2 ay sonra 89 yaşının tamam olacağını deyərkən hər kəs təəccüblənib.

Roza Cəlilova onun dövrünün rəqqasələrindən yeganə həyatda qalan özü olduğunu qeyd edib.

Xalq artistinin real yaşı ilə xarici görünüşü arasındakı fərq diqqətdən qaçmayıb.