"Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında 2016-cı il 30 dekabr tarixli qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən 70133 vergi ödəyicisi üzrə 729 mln. 234,7 min manat borc məbləğinin qeyd-şərtsiz olaraq silinməsi təmin edilib.

Unikal.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən isə 2017-ci ilin yanvar-mart ayları ərzində edilmiş 8 mln. 88,4 min manat ödənişlər müqabilində 4455 vergi ödəyicisinin 01.01.2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borclarının 13 mln. 822,9 min manatı silinib.

Ümumilikdə, qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən 74588 vergi ödəyicisi üzrə 743 mln. 57,6 min manat məbləğində borcu silinib.