Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Unikal.org-un məlumatına görə, turun açılış matçı Gəncədə "Kəpəz və "Qəbələ komandaları arasında olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 66-cı dəqiqədə Filip Ozobiç imza atıb.

Bu qələbədən sonra xalını 38-ə çatdıran "Qəbələ ikinci sıradakı yerini qoruyub. "Kəpəz isə 10 xalla sonuncu - 8-ci pillədədir.

Qeyd edək ki, bu gün XIX turun daha bir oyunu keçiriləcək. "Bakcell Arenada "Neftçi "Keşləni qəbul edəcək. Martın 10-da isə "Səbail - "Sumqayıt və "Qarabağ - "Zirə görüşləri olacaq.(report)