"Bavariya"nın müdafiəçisi David Alaba yayda komandanı tərk etmək istəyir.

Unikal.org komnada-ya istinadən xəbər verir ki, Alaba İspaniya La Liqasında çıxış etməyi planlaşdırır. Avstriyalı futbolçu ya "Barsa"da, ya da "Real"da oynamağı hədəf alıb.

Bu məlumatı yayan "Sport Bild" İspaniya nəhənglərinin 25 yaşlı futbolçuya marağı barədə informasiya verməyib. Alabanın "Bavariya" ilə qüvvədə olan müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

O, Münhen klubunda 2009-cu ildən çıxış edir. Alaba bu mövsüm 28 oyun keçirib, 1 qol vurub, 3 qol ötürməsi edib.