Mövsümün sonunda "Liverpulla müqavilə müddəti bitəcək Emre Canın xidmətində daha bir Avropa nəhəngi maraqlıdı.

Unikal.org xəbər verir ki, "Real türk əsilli futbolçunu heyətində görmək istəyir. Bu barədə Emrenin meneceri İtaliya mətbuatına açıqlamasında məlumat verib. O, 24 yaşlı futbolçunun xidmətində "Yuventus və "Bavariya ilə yanaşı, "kral klubunun da maraqlı olduğunu bildirib.

Xatırladaq ki, bir müddət öncə Almaniya millisinin üzvü ilə "Yuventus arasında şifahi razılıq əldə olunduğu, Canın Turin təmsilçisi ilə illik 5 milyon avro olmaqla, 5 illik müqavilə bağlanması ilə bağlı razılığa gəldiyi barədə xəbər yayılmışdı.