Klubların yeni reytinq siyahısı açıqlanıb.

Unikal.org xəbər verir ki, "clubworldrankingin açıqladığı siyahıda 4 Azərbaycan komandası da yer alıb.

Təmsilçilərimiz arasında ən yaxşı nəticə "Qarabağa məxsusdu. Ağdam təmsilçisi 1169 xalla 536-cı sırada qərarlaşıb. "Köhlən atlar" ötən reytinq siyahısıyla müqayisədə 2 pillə irəliləyib. "Keşlə 758-ci (368), "Qəbələ 807-ci (255), "Zirə isə 826-cı pillədə (217) yer alıb.

Siyahıya "Real (İspaniya) başçılıq edir. "Barselona (İspaniya) 2-ci, "Qremio (Braziliya) isə 3-cüdü.

Klub reytinqi ilə yanaşı, məşqçilərin də reytinq siyahısı açıqlanıb. Siyahıda iki azərbaycanlı məşqçi var. "Qarabağın və millimizin baş məşqçisi Qurban Qurbanov 496-cı, "Zirənin baş məşqçisi Ayxan Abbasov isə 989-cu pillədə qərarlaşıb.

"Qəbələnin ukraynalı çalışdırıcısı Roman Qriqorçuk isə 936-cı sırada yer alıb.