Bu il Rusiyada təşkil olunacaq dünya çempionatının rəsmi himni təqdim olunub.

Unikal.org-un xəbər verir ki, amerikalı müğənni Ceyson Derulonun ifa etdiyi mahnı "Colors adlanır. Derulo mahnını rəsmi "youtube" hesabında paylaşıb. Müğənni himni dünya çempionatının açılış mərasimində ifa edəcək.

Dünya çempionatının açılışı iyunun 14-də Moskvanın "Lujniki stadionunda olacaq. Açılışdan sonra Rusiya - Səudiyyə Ərəbistanı oyunu keçiriləcək. Mundialın final oyunu iyulun 15-də baş tutacaq.