Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdul-Əziz Əl Səud dünyanın ən böyük arenasını tikəcək.

Unikal.org xarici mətbuata xəbər verir ki, kral arenanı İraqda tikəcəyi ilə bağlı vəd verib. Stadionun tutumu 135 min olacaq.

Kral belə qərarı fevralın 23-də İraqla Səudiyyə Ərəbistanı arasında keçirilən yoldaşlıq görüşündən sonra verib. Həmin qarşılaşmada İraq 4:1 hesabı ilə qalib gəlib.

İraq hakimiyyəti də bu məlumatı təsdiqləyib. Bildirilir ki, bu qərar iki ölkə arasındakı münasibətlərin inkişafına təkan verəcək.