Su qızdırıcılarının tüstü bacasının olmaması, nasazlıq, ciddi problemlərə səbəb ola bilər.

Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, bu barədə uzun müddət bu avadanlığın iş prinsipini araşdıran Cəlilabad rayon sakini Rövşən Abdullayev deyir.

Onun sözlərinə görə, adətən hamam otaqlarında, eləcə də digər qapalı yerlərdə quraşdırılan su qızdırıcılarının ehtiyat hissələri qısa zamanda sıradan çıxdığından bu proses baş verə bilir. Usta deyir ki, bu avadanlıqlarda suyun qızdırılmasında əsas rol oynayan radiator hissəsidir ki, misdən olduğu üçün o, tez bir zamanda yanan qazın təsirindən sırıdan çıxır.

Rövşən Abdullayev bildirir ki, bu proses istənilən su qızdırıcılarında istifadəsindən qısa müddət sonra baş verə bilər. Bu özünü əvvəlcə avadnlıqda suyu gec və ya az qızdırması ilə göstərsə də, əksər istifadəçilər onun ehtiyat hissəsinin sıradan çıxmasından xəbərsiz olurlar.

Usta su qızdırıcılarının qapalı şəraitdə quraşdırılmasının düzgün olmadığını və ən azı ildə bir neçə dəfə su qızdırıcılarındakı radiatorların ustalar tərəfindən yoxlanılmasının vacib olduğunu bildirir.