Bu gün Azərbaycanda Regional Liqada qəribə hadisə baş verib.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, Sabirabadın "Gənclik komandası ilə Füzuli rayonunum eyniadlı komandasının son dəqiqələrində ara qarışıb.

"Gənclik komandasının qapısına penalti təyin edilməsinə etiraz edən azarkeşlər stadiona daxil olublar və penaltinin vurulmasına imkan verməyiblər. Azarkeşlər hakimi meydandan çıxarıblar.

Beləliklə, hesab 1-1 olarkən oyun yarımçıq dayandırılıb.