Qazaxda 2 nəfər suda boğulub.

Unikal.org "Report"a istinadən məlumatına görə, onlar Böyük Cəfərli kəndi ərazisindəki Didvan gölündə batıblar.

Onların balıqçı olduqları bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub və balıqçıların axtarışlarına başlanılıb.
11:05
***
11:47
Qazax rayonunun Böyük Cəfərli kəndi ərazisindəki Didvan gölündə batan balıqçıların kimliyi məlum olub.

Onlar 35-38 yaşlı Ömərov Adil, Mustafayev Elşəndir.

İlkin məlumata görə, balıqçıların olduğu qayıq aşıb. Həmin şəxslərin axtarışları Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən davam etdirilir.