"Barselona ulduzu Lionel Messi 3-cü dəfə ata olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu və29 yaşlı xanımı Antonella Rokussonun bu dəfə də oğlu dünyaya gəlib.

Messi İnstaqramda şəkil paylaşaraq bu barədə məlumat verib. O, xanımı və yeni doğulan oğlunun vəziyyətinin yaxşı olduğunu qeyd edib. Lionel hətta oğluna Çiro adı verdiyini bildirib.

Xatırladaq ki, Messi ilə Rokusso ötən il iyunun sonunda ailə qurublar. Cütlüyün5 yaşlı Tyaqo,2 yaşlı Mateo adlı oğulları var.