Fələstin baş naziri Rami Hamdallahın avtomobil karvanına bombalı hücum olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rami Hamdallah şəhərdə yerləşən iqamətgahına avtomobil karvanı ilə gələrkən yolda partlayış törədilib. 

Hadisə nəticəsində Rami Hamdallahın mühafizəçilərindən 7 nəfərin yaralandığı deyilir. 

Rami Hamdallaha isə heç nə olmayıb və o, dərhal Fələstin telviziyasına çıxaraq əhaliyə müraciət edib. 

Bildirib ki, hadisə nəticəsində ona heç bir xəsarət dəyməyib.