SON XƏBƏRLƏR
25 Sentyabr 2018
Turan İbrahimov Moskvada 1 milyonluq maşında gəzir - FOTOLAR
MƏDƏNİYYƏT-ŞOU 14:40 / 13.03.2018
Uzun müddətdir efirdə görünməyən tanınmış tele-aparıcı Turan İbrahimovun redaksiyamıza yeni görüntüləri daxil olub.

Unikal.org-un elektron poçtuna Moskvada yaşayan soydaşlarımızdan biri tele-aparıcı Turan İbrahimovla bağlı maraqlı fotolar göndərib.

Xəbərdə o da deyilir ki, Moskvanın mərkəzi küçələrində görünən Turan İbrahimov qiyməti 1 milyon avro dəyərində olan "Maybach” markalı avtomobillə gəzir. Bu avtomobil T.İbrahimov özü tərəfindən deyil, şəxsi sürücüsü vasitəsilə idarə olunur.

Aparıcının Moskvada hansı səbəbdən və nə işlə məşğul olduğu hələki məlum deyil.