ABŞ-ın Alabama ştatında içərisində 52 məktəblinin olduğu turist avtobusu dərəyə yuvarlanıb.

Unikal.org-un məlumatına görə, hadisə nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. 

Hazırda hadisə yerində xilasedicilər işləyir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Qeyd olunur ki, avtobus Hyuston şəhərindən məktəbliləri ekskursiyadan gətirirmiş.