SON XƏBƏRLƏR
26 Sentyabr 2018
25 Sentyabr 2018
Daha 14 nəfərin ölümündə “Rusiya izi” AXTARILIR
DÜNYA 19:58 / 13.03.2018

Britaniyanın daxili işlər naziri Amber Rad Mİ-5 hərbi kəşfiyyat idarəsi ilə birgə Britaniya parlamentinin deputatlarının şübhəsi əsasında daha 14 nəfərin qətlini araşdıracaqlar.

Unikal.org xəbər verirki bu barədə nüfuzlu "Tha Guardian” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə bu barədə çıxışla parlamentin Daxili işlər üzrə komitəsinin sədri İvett Kuper məsələ qaldırıb. O, bunu eks polkovnik Sergey Skripalın və onun qızının zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın nəticələrindən və ABŞ xüsusi xidmət orqanlarının bu 14 qətl barədə şübhələrindən sonra edib.

Qeyd olunduğu kimi bu siyahıya iş adamı Baris Berezovski və FTX-nin (Federal təhlükəsizlik xidmətinin) keçmiş əməkdaşı Aleksandr Litvinenkonun qətli də daxildir.