Mingəçevir şəhərində 57 yaşlı kişi bıçaqlanıb.

Unikal.org report-a  istinadən xəbər verir ki, hadisə şəhərin Bayraq meydanı ərazisində baş verib.

Belə ki, 1961-ci il təvəllüdlü şəhər sakini Malik Səfər oğlu Məmmədov bıçaqlanmış şəraitdə aşkarlanıb və dərhal xəstəxanaya yerləşdirilib.

Əldə olunan ilkin məlumata əsasən, M.Məmmədov özünə bıçaqla xəsarət yetirdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.