Bu gün keçiriləcək 2 oyunla Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulacaq.

Unikal.org xəbər verir ki, "Bavariya" "Beşiktaş"ın qonağı olacaq.   İlk matçda doğma meydanda 5:0 hesabı ilə qalib gələn Münhen təmsilçisi böyük ölçüdə 1/4 finala vəsiqəni təmin edib.  

Günün əsas diqqət çəkən oyunu isə Barselonada keçiriləcək. "Barselona" doğma "Nou Kamp"da "Çelsi"ni qəbul edəcək. Ernesto Valverdenin yetirmələri Londonda keçirilən ilk matçdan sərfəli nəticə ilə qayıdıb (1:1).  


Xatırladaq ki, "Real", "Yuventus", "Mançester Siti", "Liverpul", "Sevilya" və "Roma" 1/4 finala vəsiqə qazanıb.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

14 mart

21:00 Beşiktaş (Türkiyə) - Bavariya (Almaniya)
Cəzalı: Domaqoy Vida (Beşiktaş)
Zədəli: Pepe (Beşiktaş), Manuel Noyer, Kinqsli Koman (hamısı "Bavariya), Korenten Tolisso, Xames Rodriqes (şübhəli, hamısı "Bavariya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Yer: İstanbul. "Beşiktaş Park stadionu
İlk oyun: 0:5

23:45 Barselona (İspaniya) - Çelsi (İngiltərə)
Cəzalı: Yoxdu
Zədəli: Nelson Semedo, Denis Suares (hamısı "Barselona), Ross Barkli, David Luis (hamısı "Çelsi), Andres İnyesta (şübhəli, "Barselona)
Baş hakim: Damir Skomina (Sloveniya)
Yer: Barselona. "Nou Kamp stadionu
İlk oyun: 1:1



13 mart

23:45 Mançester Yunayted (İngiltərə) - Sevilya (İspaniya) 1:2

Qol: Romelu Lukaku, 84 - Ben Yedder, 74; 78.

Cəzalı: Yoxdu
Zədəli: Markos Roxo, Ander Herrera, Deyli Blind, Fil Cons (hamısı MY), Xesus Navas, Sebastiyan Korşya (hamısı "Sevilya), Pol Poqba, Antoni Marsial, Zlatan İbrahimoviç (şübhəli, hamısı MY)
Baş hakim: Denni Makkeli (Hollandiya)
Yer: Mançester. "Old Trafford stadionu
İlk oyun: 0:0

23:45 Roma (İtaliya) - Şaxtyor (Ukrayna) 1:0

Qol: Edin Dzeko, 52.

Cəzalı: Dario Srna (Şaxtyor)
Zədəli: Rik Karsdorp, Luka Pelleqrini (hamısı "Roma), Sergey Krivtsov, Maksim Malışev (hamısı "Şaxtyor), Qrequar Defrel (şübhəli, "Roma)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Yer: Roma. "Olimpiko stadionu
İlk oyun: 1:2