Sosial şəbəkələrdə mart ayının 12-si oğurluq edərkən ətrafdakı vətəndaşlar tərəfindən yaxalanan gəncinin görüntüləri yayılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektindəmağazalardan birinin qarşısında baş verib. Oğru qadının çantasını alıb, qaçmaq istəyərkən, ətrafdakı gənclər buna mane olublar. 

Belə ki, görüntülərdə hadisəni törədən şəxs çantanı gənclərə verdikdən sonra olay yerindən qaçmağa başlayır.