Əməkdar artist Elza Seyidcahan "Sirdaş, Rövşanə verilişinin qonağı olub.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, müğənni kişi-qadın münasibətlərindən danışıb:
"Kişi qadına icazə verməlidir ki, ailəni qadın idarə etsin. Bizim evdə babam qazanırdı, nənəmə verirdi. Nənəm də evi elə yaxşı dolandırırdı ki...
Zövq alaram ki, evimi təmizləyim. İndi mən özümə ən dəli qadın kimi baxıram. Evimi özüm təmizləmirəm. Ayda bir dəfə adam çağırıram, gəlib evi təmizləyir. Heç nəyin də yerini bilmirəm. Paltarlarımı da axtaranda tapmıram. Mən nə qadınam ki, paltarımın yerini bilmirəm. Əvvəl evimi təmizləyirdim, iynəmin də yerini bilirdim.