İspaniyanın "Barselona klubunun hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasında növbəti uğura imza atıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o, qitənin ən nüfuzlu klub turnirində bir komandanın heyətində vurduğu qolların sayını 100-ə çatdırıb. Argentinalı futbolçu ÇL-in 1/8 finalında İngiltərə çempionu "Çelsi ilə baş tutan cavab matçında dubla imza atıb. Nəticədə o, bu turnirdə 100 qol həddinə çatan ikinci futbolçu kimi tarixə düşüb.

Xatırladaq ki, ÇL-də ilk belə uğura "Realın hücumçusu Kristiano Ronaldo imza atıb.