Azərbaycanlı musiqiçi Pircan Həsənov dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə klarnet ifaçısı Hüseyn Məmmədoğlu sosial şəbəkədə məlumat yayıb.

O, musiqiçinin fotosunu paylaşaraq ailəsinə başsağlığı verib: "Bu xəbər məni çox üzdü. Əziz dostum, Allah günahlarını bağışlasın.

***
Lent.az xəbər verir ki, Yasamal rayon sakini Həsənov Pircan Nurməmməd oğlu sirkə turşusu içərək özünü zəhərləyib. Xəstəxanaya yerləşdirilən 61 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.