Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Mərasim İsveçrənin Nyon şəhərində baş tutub. 

Unikal.org xəbər verir ki, mərasimdə püşkü Avropa Liqasının final matçının səfiri Erik Abidal çəkib.

Püşk nəticəsində cütlüklərin tərkibi belə formalaşıb:

"Leyptsiq (Almaniya) - "Marsel (Fransa)

"Arsenal (İngiltərə) - MOİK (Moskva, Rusiya)

"Atletiko (İspaniya) - "Sportinq (Portuqaliya)

"Latsio (İtaliya) "Zalsburq (Avstriya)

Qeyd edək ki, ilk oyunlar aprelin 5-i, cavab qarşılaşmaları isə aprelin 12-si olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.