Bu gün "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə yayımlanan "Yerimdəyəm verilişinin "işgüzarlıq mövzusu müzakirə edilib:

Unikal.org xəbər verir ki, aktrisa Kübra Hüseynova teatrda adı gedən və heç bir iş ortaya qoya bilməyənlərə söz açıb.

Aktrisa aparıcının niyə tetrda çalışmırsız sualına belə cavab verib:

"Siz mənim yaralı nöqtəmə toxundunuz.

Amma onu deyə bilərəm ki, bir insan işgüzardırsa fərqi yoxdur. O dövlət müəssəsində quluq edir və ya etmir. Ola bilər teatrda işləyim, amma işim ora gedib-gəlməkdən ibarət olsun və tənbəl insan olum.
Ya da əksinə-¦ Ola bilər teatrda çalışmayım amma işlərim daha çox olsun. Belə ki, proqramım seriallar, tamaşalarla dolu ola bilər. Məndə hazırda belədir. Çalışmaq istəyən insan üçün həmişə iş olur.
Hazırda da musiqi, serial və film çəklişləri ilə məşğulam.