Böyük  Britaniyanın cənubunda Horşem şəhərində silahlı insident baş verib. Odlu silahdan atəş açaraq iki nəfəri yaralayan şəxs polis tərəfindən saxlanılıb.

Unikal.org  RT-yə istinadən bildirir ki,  hadisə nəticəsində hamilə qadınla yanaşı bir kişi də yaralanıb.

 Hazırda həkimlər qadını xilas etməyə çalışırlar. İnsidentin terrorla əlaqəli olmadığı təsdiqlənib. Hadisənin terror  olmadığı, qısqanclıq zəminində baş verdiyi bildirilir.