FİFA Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı bəzi qərarları təsdiqləyib.

Unikal.org xəbər verir ki, bunlardan biri də əvəzetmələrlə bağlıdı. FİFA mundialda komandaların 4-cü əvəzetmə hüququnu təsdiq edib.

4-cü əvəzetmə yalnız əlavə vaxt olduğu təqdirdə gerçəkləşə bilər. Bu variant 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar kubokunda ilk dəfə sınaqdan keçirilmişdi.

Dünya çempionatı iyunun 14-dən iyulun 15-nə qədər keçiriləcək.