SON XƏBƏRLƏR
22 Aprel 2018
21 Aprel 2018
Bakıda qəza törədən Gürcüstan vətəndaşı tutuldu
HADİSƏ 16:37 / 17.03.2018
Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, martın 16-da Bakı şəhər sakini Sadiq Şükürovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib və həmin gün saat 15 radələrində S.Şükürovun M.Hadi küçəsində yolu keçərkən avtomobillə vurulduğu məlum olub.

Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin "Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobil Bakı-Qazax yolunun 86-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin 7-cı tağımının əməkdaşları tərəfindən saxlanılıb. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Gürcüstan vətəndaşı İsmət Durmuşov istintaqa təhvil verilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.