SON XƏBƏRLƏR
22 Aprel 2018
21 Aprel 2018
Millimiz bu dəfə “sülh bağladı”
İDMAN 16:51 / 17.03.2018
19 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununa çıxıb.

Unikal.org xəbər verir ki, Ukraynada təlim-məşq toplanışında olan millimiz bu ölkənin müvafiq yaş qrupundan olan komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Komandamız martın 14-də də eyni rəqiblə üz-üzə gəlmişdi. Həmin oyunda meydan sahibləri 4:1 hesablı qələbə qazanmışdılar.