SON XƏBƏRLƏR
20 Aprel 2018
19 Aprel 2018
Barmaq şıqqıldatmaq zərərlidir?
CƏMİYYƏT 19:53 / 17.03.2018
Gündəlik həyatda tez-tez rastlaşdığımız hərəkətlərdən biri barmaq şıqqıldatmaqdır.

Unikal.org moderator.az-a istinadən bildirir ki, bu hərəkət çox insan tərəfindən zərərli olduğu düşünülsə də əslində yanlış düşüncə olduğu ortaya çıxıb. Barmaq şıqqıldatmağın zərərli olub-olmadığı haqqında aparılan araşdırmada məlum olub ki, burada ciddi bir təhlükə yoxdur. Bu barmaqlarda duzların yaranmasının qarşısını alır. Amma əlin hissiyatını azaldır.

Xalq arasında barmaq şıqqıldatmağın bir müddət sonra əllərdə əsməyə səbəb olacağı bildirilir. Əllərdəki əsmə oynaqlarla bağlı problemdir. Barmaq şıqqıldatmağın tək zərərli tərəfi əlin hissiyatını azaltmağıdır.