Son illər ölkədə həyada keçirilən iri miqyaslı layihələrdən bir çox məhz yol infrastruturunun müasirləşməsi ilə bağlıdır. Qafqazda bir ilk olan ödənişli yolun may ayının sonuna qədər istifadəyə verilməsi gözlənilir. Artıq tariflərlə bağlı da müəyyən parametrlər müəyyənləşib.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan avtomobil yolları dövlət agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov Xəzər Televiziyasına müsahibəsində bildirib. Agentliyin rəhbəri Şamaxı yolundakı sürüşmə probleminin birdəfəlik həllini nəzərdə tutan yeni layihədən də danışıb.

Ələt ərazisindən cənub istiqamətində Astaraya qədər inşa olunan ödənişli yolla bağlı işlər yekunlaşmaq üzrədir. Ödəniş sisteminin hansı formada həyata keçirilməsi ilə bağlı hazırda işlər aparılır. Bununla bağlı tender keçirilib və Cənubi Koreyanın bir şirkəti ilə razılaşma əldə olunub. Həmin şirkətlə bütün detallar tam razılaşdırıldıqdan sonra layihənin son forması hökumətə təqdim ediləcək. Bu barədə açıqlama verən Azərbaycan avtomobil yolları dövlət agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov bildirib ki, həmin şirkət yolda turniketlər qurulması və digər öədniş sisteminin tətbiqini həyata keçirəcək.

Qeyd edək ki dünya praktikasında ödənişli yolllar adətən mövcud olan yollara alternativ təşkil edir. Azərbaycanda da bu prinsip əsas götürülüb. Belə ki ödənişli yol mövcud Bakı-Ələt-Astara yolunun alternativi olacaq. Amma təbii ki bu yolun müəyyən üstünlükləri olacaq. Saleh Məmmədov deyir ki, yeni yolun məsafə baxımdan qısa və daha rahat olması istifadəçilərə vaxt və yanacaq baxımdan daha sərfəli olacaq. Tariflər müəyyənləşdirildikdə də elə bir məbləğ seçiləcək ki, istifadəçilər üçün sərfəli olsun.

Agentliyin rəhbəri həmçinin daha bir böyük layihə ilə bağlı da məlumat verib. Bu isə Bakı-Şamaxı-Yevlax magistral yolunda tez tez baş verən sürüşmə və çökmə probleminin birdəfəlik həllini nəzərdə tutur. Hazırlanan layihəyə əsasən bu yolda viyaduklardan istifadə edilə bilər.

Bununla da bağlı təkliflər hökümət tərəfindən təsdiq olunarsa yaxın gələcəkdə işlərə başlanılacaq. Bu layihənin əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yol Balakəndən Gürcüstan sərhəddinə olan magistralın bir hissidir.