Xəbər verdiyimiz kimi, bu gün Rusiyada prezident seçkiləri keçirilir.

Unikal.org xəbər verir ki, martın 18-də Prezident Vladimir Putin Rusiya Elmlər Akademiyasında yerləşən 2151 saylı seçki məntəqəsinə gələrək "səs" verib.

Rusiya dövlət başçısı Vladimir Putin prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib ki, mənə prezident vəzifəsini yerinə yetirmək hüququ verən istənilən səs faizini müvəffəqiyyət hesab edirəm.

Qeyd edək ki, Rusiya dövlət başçısı müntəzəm olaraq bu məntəqədə səs verir. O, 2016-cı ildə Dövlət Dumasına deputat və 2017-ci il bələdiyyə seçkilərində də seçimini məhz bu məntəqədə edib.