SON XƏBƏRLƏR
22 Aprel 2018
21 Aprel 2018
Türkiyə "Zeytun budağı" əməliyyatı zamanı itkilərin AÇIQLADI (FOTOLAR)
DÜNYA 16:07 / 18.03.2018
Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatı zamanı yanvarın 20-dən bugünədək şəhid və yaralı olan hərbiçilərin sayını açıqlayıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu günə qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı 46 hərbiçi şəhid olub, 225 hərbçi yaralanıb.

Afrində həyata keçirilən əməliyyat zamanı 3 min 603 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri (TSQ) Azad Suriya Ordusu ilə birlikdə Suriyanın "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin şəhərini nəzarətə götürüb. Afrin şəhər meriyasının terrorçularda olan inzibati binasına türk bayrağı sancılıb.