Bakıya və Azərbaycanın turizm bölgələrinə ərəb turistlərin böyük axını ictimai iaşə və ticarət obyektlərinin sahiblərini işə yanaşmada köklü dəyişikliklərə məcbur edib.

Unikal.org "Azadlıq Radiosuna istinadən xəbər verir ki, restoranlarda ərəbcə menyular, hətta ərəb yeməkləri, ərəbcə danışan ofisiantlar peyda olub.

Buna baxmayaraq, turistlər azərbaycanlıların hələ də ərəb dilini bilməməsindən gileylənirlər. Amma bu mənada "müsbət dəyişikliklər də nəzərdən qaçmayıb - yerli əhali bəzi ərəb sözlərini öyrənibmiş.