Şirvan sakini özünü asaraq intihar edib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, axşam saatlarında Şirvan şəhər sakini, 1987-ci il təvəllüdlü Əhədov Əşrəf Səxavət oğlu yaşadığı fərdi yaşayış evində özünü asaraq intihar edib. Onun asılmış meyiti yaşadığı Şirvan şəhəri, "bağ evləri" massivində Xəqani küçəsində yerləşən evdəyarımtikilidə ailəsi tərəfindən aşkar edilib. İntiharın səbəbləri araşdırılır.

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.