SON XƏBƏRLƏR
18 Iyul 2018
17 Iyul 2018
MSK: Putin 73,5 faiz səslə irəlidədir
DÜNYA 23:58 / 18.03.2018

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. 

Unikal.org-un Rusiya MSK-da yaradılan İnformasiya Mərkəzindən verdiyi xəbərə görə, hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 33,24 faizi hesablanıb. İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 73,5 faiz səslə qalib gəlib.

İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 14,5 faizinin səsini toplaya bilib. Üçüncü yerdə 6,6 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,4 faiz səslə Kseniya Sobçak qərarlaşıb.

Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.