SON XƏBƏRLƏR
22 Aprel 2018
21 Aprel 2018
MSK püşkatma keçirəcək
Prezident Seçkiləri 09:39 / 19.03.2018
Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçiriləcək.

 "Unikal.org”un xəbərinə görə, püşkatma bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasında olacaq.
İctimai Televiziya və Radio Yayımları Şirkəti namizədlərə həftədə 3 saat televiziya, 3 saat radio olmaqla, 6 saat ödənişsiz efir vaxtı ayıracaq.

  Qeyd edək ki, MSK 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlaloğludur (Məmmədov)