Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Bürcəli kəndi ərazisində "VAZ 2108" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub.

Qəzada Astara rayon sakinləri xəsarət alıb.

Bunlar Çayoba kənd sakini, 1977-ci il təvəllüdlü, Sevinc Seyidağa qızı Səfərova və Telman kənd sakini, 1957-ci il təvəllüdlü, Nərminə Barat qızı Rəhmətovadır.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onlara ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.