SON XƏBƏRLƏR
25 Aprel 2018
Bakıda avtobusların intervalında ləngimələr yarandı
CƏMİYYƏT 10:20 / 19.03.2018
Novruz bayram tədbirləri ilə əlaqədar Bakının bir sıra mərkəzi küçələrdə avtomobil sıxlığı müşahidə olunduğundan "Baku Bus" MMC-nin bəzi istiqamətlərdə hərəkət edən avtobuslarının intervalında müvəqqəti ləngimələr yaranıb.

Bunu unikal.org-a şirkətin mətbuat xidmətinin rəhbəri Mənsur Priyev deyib.

Onun sözlərinə görə, aşağıdakı yollardakı hərəkət normallaşdıqdan sonra avtobusların intervalı qrafikə uyğun olaraq təmin olunacaq:

1.Tbilisi prospekti - Şəhər istiqamətində, Akademik Şəfayət Mehtiyev küçəsi;

2. Qara Qarayev prospekti - Özbəkistan küçəsi ilə kəsişmədən Koroğlu metro stansiyası istiqamətində;

3. 28 may küçəsi - Puşkin küçəsi ilə kəsişmədən R.Behbudov küçəsi;

4. A.Cəlilov küçəsi - F.Bayramov küçəsi;

5. Bülbül prospekti - Xəqani küçəsi;

6. Nobel prospekti - Süleyman Əhmədov küçəsi;

7. Yusif Səfərov küçəsi - Cavanşir körpüsü istiqamətində hərəkət edən nəqliyyat vasitələri M.Mehtizadə küçəsinə yönləndirilir;

8. Zərifə Əliyeva prospekti;