Türkiyənin keçmiş təhsil, gənclər və idman naziri Hasan Celal Güzel vəfat edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki,  dünən böyrək çatışmazlığı və aşağı qan təzyiqi səbəbi ilə reanimasiyaya yerləşdirilən sabiq nazir dünyasını dəyişib.

Xəstəxanada vəziyyəti daha da ağırlaşan Güzel təcili tibbi yardım helikopteri ilə Ankaraya çatdırılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb.