Bakıda binanın zirzəmisindən silah-sursat tapılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Yaşayış binasının zirzəmisində üzərində ərəb və fars dillərində yazı olan 1 ədəd avtomat, 254 ədəd patron və 3 ədəd avtomat darağı aşkar edilərək götürülüb.