"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Xəzər Dəniz Neft Donanmasının sabiq rəisi İsrail Bayramova ağır itki üz verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, sabiq rəisin gənc oğlu Eltun Bayramov uzun sürən ağır xəstəlikdən  sonra dünyasını dəyişib.

Qeyd edək ki, Eltun Bayramov bir neçə il öncə ailə həyatı qurmuşdu.Mərhumun 3 övladı var. Mərhum Baş Prokurorluğun Təşkilat-Analitik şöbəsinin böyük prokuroru vəzifəsində çalışıb.