Ötən ilin avqustunda barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilən, ancaq bir qədər sonra müammalı şəkildə azadlığa çıxan Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovla bağlı ölkə başçısına və Baş prokurorluğa müraciət edilib.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova edilən müraciətdə Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək istintaq altında olan şəxsin yaxınlarından 57 min manat alıb. Sonradan Müşfiq Abbasov tərəfindən aldadıldığını görənlər indi Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova müraciət edərək sabiq müstəntiqin cinayət məsuliyyətinə cəlb edilməsini, onlardan aldığı 57 min manatın geri qaytarılmasını təmin etməyi xahiş edirlər.

Xatırladaq ki, o, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham olunurdu.