Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizalarının Azərbaycanın beynəlxalq statuslu hava limanlarında verilməsinə başlanılıb.

Unikal.org xəbər verir ki, bunu "Report"a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

Onun sözlərinə görə, bu qərar martın 15-də qüvvəyə minib: "Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvarıq".