SON XƏBƏRLƏR
24 Sentyabr 2018
23 Sentyabr 2018
Azərbaycandan Putinə nə qədər səs verilib?
SİYASƏT 14:58 / 19.03.2018
Azərbaycanda Rusiyada prezident seçkiləri ilə bağlı keçirilmiş səsvermənin nəticələri açıqlanıb.

"Unikal.org” səfirliyin saytına istinadən xəbər verir ki, martın 18-də keçirilən seçkilərlə bağlı səfirlikdə 1517 Rusiya vətəndaşı iştirak edib. 

Səsvermənin nəticəsinə görə, S.N Baburin 5 səs, P.N. Qrudinin 119 səs, V.V. Jirinovski 35 səs, V.V. Putin 1252 səs, K.A.Sobçak 57 səs, M.A. Suraykin 7 səs, B.Y Titov 11, Q.Ayavlinski isə 17 səs toplayıb. Ümumilikdə, Putin səslərin 83 faizini toplamış olub. 

Səsvermə ilə bağlı səfirliyə heç bir şikayətin daxil olmadığı qeyd edilir.