Cüdo üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağayar Axundzadə əməliyyat olunub.

Unikal.org-a danışan cüdo mütəxəssisi dizindən ikinci dəfə əməliyyat olunduğunu deyib:

"İki dəfə əməliyyat olunmuşam. Buna görə də daha tələbə yetişdirə bilmirəm. Dizimdən ilk əməliyyat Almaniyada oldu. Birinci dəfə dizimə qoyulan protez "laxladı, buna görə ikinci dəfə əməliyyata getməli oldum. Buna görə də ikinci əməliyatım Avstraliyada etdirməli oldum. Bir müddətdir əməliyyat olunsam da, ayağım hələ tam açılmır. İndi də müalicəmlə məşğulam.

Xatırladaq ki, Ağayar Axundzadə cüdo üzrə milli komandanın baş məşqçisi kimi çalışada Elnur Məmmədli Pekin Yay olimpiya Oyunlarında qızıl medal qazanıb.

Aygün İlqarqızı