Gəncədə avtomobil piyadanı vurub.

Unikal.org-un  apa-ya istinadən verdiyi məlumata görə, hadisə Gülüstan qəsəbəsində baş verib.

Yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Hüseynova Məlahət Mehman qızını avtomobil vurulub. Xəsarət alan 15 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.